Qrupun İdarə Heyətinə İKT və İnternet sahəsində 15 ildən çox təcrübəsi olan peşəkarlarla yanaşı maliyyə və idarəetmə sahəsində dünya səviyyəsində tanınmış şirkətlərdə təcrübə toplamış mütəxəssislər daxildir.
Akhundoff Group-a daxil olan şirkətlərin hər biri bir neçə layihəni özündə cəmləşdirir.
Biz bütün məhsullarımızı öz daxili qüvvələrimizin hesabına yaratmışıq. Qrupun öz Data Mərkəzi, sistem və tətbiqi proqramçılar qrupu vardır. Şirkətlərimizə məxsus olan bütün veb saytlar və Verilənlər Bazaları bu Data Mərkəzindəki serverlərdə yerləşdirilmişdir.
Portmanat Azərbaycanda ilk Elektron Pulqabıdır. Elektron Ödəmə Platforması və Online Prosessinq Mərkəzinə sahibdir.Portmanat.az ödəmə platforması olaraq 2 hissədən ibarətdir: Elektron Pulqabı və Ödəmə Xidmət Təminatçısı.
www.portmanat.azE-ticarət platformasıdır...
www.shop.azÖlkənin lider mobil operatoru Azercell-in distribyutorudur. SONY mobil telefonları, Huawei, ZTE mobil İnternet Data kartlar üzrə Azərbaycanda distribyutordur, Sertifikatlaşdırılmış Servis Mərkəzi (iPhone, SONY) vardır.
www.akhundoff.comGPS İzləmə Sistemləri, Peyk İnternet xidməti və Mobil Peyk Telefon Rabitəsi xidmətləri.
globtel.azN-LINK şirkəti Toshiba, CISCO, LG, APC, KABA kimi brendlərin Azərbaycandakı rəsmi partnyorudur.
www.n-link.azBlockchain Azərbaycan Mərkəzi öz ətrafında İnformasiya Texnologiyaları, Blockchain, Kriptovalyutalar sahəsində ixtisaslaşmış şəxsləri toplayaraq, yeni texnologiyanın ölkəmizdə inkişafı istiqamətində zəruri addımlar atılması üçün yaradılmışdır.
blockchain.azTELMAN AXUNDOV
Qrupun Qurucusu
Xarkov Politexnik İnstitutunu (Ukrayna) Kompyuter Mühəndisliyi ixtisası üzrə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Bir neçə uğurlu İT və İnternet bizneslərini qurmuşdur. Strateji Planlaşdırma və Biznesin İdarə edilməsi sahəsində 20 ildən çox təcrübəyə malikdir.ELŞƏN RƏHİMOV
İdarə Heyətinin Üzvü
Elşən Globtel Solutions şirkətinin İcraçı Direktoru vəzifəsində işləyir, İnformasiya Texnologiyaları və biznesin idarə olunması sahəsində 15 ildən artıq iş təcrübəsinə malikdir. Globtel şirkətindən əvvəl Elşən Bovis Lend Lease şirkətində IT bölümünün rəhbəri vəzifəsində çalışmışdır. Daha sonra Akhundoff Qrupa qoşularaq bir neçə il skreç kart istehsal edən CardPro şirkətinə rəhbərlik etmişdir. Elşən Tətbiqi Riyaziyyat üzrə bakalvr və magistr dərəcəlirini Bakı Dövlət Universitetindən almışdır. İnformasiya Sistemləri üzrə ikinci magistr proqramını Münhen Texniki Universitetində bitirmişdir. İnformasiya və Proqram Təminatı Təhlükəsizliyi üzrə Azərbaycan Milli Elimlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda texnika üzrə fəlsəfə dokturu elmi dərəcəsini almışdır.DMİTRİ TİGİYEV
İdarə Heyətinin Üzvü
Azərbaycan Dövlət Neft Akademiyasının Elektrik Maşınları fakültəsini bitirmişdir. 1991-ci ildə Interact Company, 1994-cü ildə isə N-LİNK MMC-nin əsasını qoymuşdur. 1994-cü ildən N-LİNK MMC-nin direktorudur. İnformasiya Texnologiyaları və Biznesin İdarəedilməsi sahəsində 25 ildən artıq təcrübəyə sahibdir.NİGAR AXUNDOVA
Biznesin inkişafı üzrə direktor
Nigar Biznesin İnkişafı üzrə Direktor vəzifəsini tutur və Qrup şirkətlərinin strateji planlama və inkişafı prosesinə nəzarət edir. Akhundoff Qrupdan əvvəl Nigar PwC Azərbaycan şirkətinin Audit Xidmətləri bölməsində 3 il işləmişdir. Maliyyə və Sahibkarlıq üzrə bakalvr dərəcəsini Drexel Universitetinin Biznesin İdarəolunması bölümündən, magistr dərəcəsini isə Koç Universitetindən almışdır.LEYLA AĞAƏLİZADƏ
Maliyyə Direktoru
Leyla Qrupun Maliyyə Direktoru vəzifəsini tutur və qrup şirkətlərinin maliyyə hesabatlarının vaxtında və düzgün əks olunmasından məsuldur. Eyni zamanda qrup şirkətlərinin effektivliyini analiz edir və investisiya qərarlarında iştirak edir. Akhundoff Qrupdan əvvəl PwC Azərbaycan şirkətinin Audit Xidmətləri bölməsində 4 il işləmişdir. Leyla Maliyyə üzrə bakalvr dərəcəsini Azərbaycan Dövlət İqtisadiyyat Universitetindən, İdarəetmə və Beynəlxalq Biznes üzrə magistr dərəcisini isə Southampton Universitetindən almışdır.